Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2026-cı ilin ilk yarısında 944 milyon dollar (1,6 milyard manat) azalaraq 72 milyard 596 milyon dollara (123,4 milyard manat) düşüb. Bu, ilin əvvəli ilə müqayisədə 1,3 faiz azalma deməkdir. Fondun yanvar-iyun aylarında ümumi gəlirləri 8,5 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz azdır. Əsas gəlir mənbəyi olan neft-qaz gəlirləri 790 milyon manat azalaraq 4 milyard 953,4 milyon manata enib. Bununla belə, dünya bazarında yüksək neft qiymətləri hasilat və ixracdakı azalmanın təsirini qismən kompensasiya edib. Mənfəət nefti və qaz satışından gəlirlər cəmi 0,5 faiz azalaraq 4 milyard 947,6 milyon manat olub. Ən böyük geriləmə bonus ödənişləri və tranzit gəlirlərində qeydə alınıb. Ötən ilin ilk yarısında bu mənbədən 765 milyon manat daxil olduğu halda, bu il cəmi 0,9 milyon manat əldə edilib. Fondun büdcəsində də tranzitdən simvolik – 3,7 min manat gəlir nəzərdə tutulub. Buna səbəb Qazaxıstan neftinin tranzitinin azalması, Türkmənistan neftinin daşınmasının dayanması və Bakı–Supsa kəmərinin fəaliyyətinin məhdudlaşmasıdır. Digər tərəfdən, Fondun investisiya fəaliyyətindən əldə etdiyi gəlirlər 15,8 faiz artaraq 3 milyard 577,9 milyon manata çatıb və əlavə 488 milyon manat gəlir formalaşdırıb. Lakin ARDNF bu gəlirlərin hansı aktivlər hesabına əldə olunduğunu açıqlamayıb. Fondun hesabatına görə, ABŞ–İran müharibəsi qlobal maliyyə bazarlarına mənfi təsir göstərib. Dünya bazarında qızılın ucuzlaşması və valyuta məzənnələrinin dəyişməsi nəticəsində ARDNF 3 milyard 688,1 milyon manat zərər qeydə alıb. İlk altı ayda Fond 22 ton qızıl sataraq ehtiyatlarını 200 tondan 178,1 tona endirib. Bu addımın dövlət büdcəsinə transfertlərin maliyyələşdirilməsi məqsədilə atıldığı görünür. 2026-cı ilin ilk yarısında ARDNF-in xərcləri 6 milyard 449,7 milyon manat olub. Bunun 6 milyard 420 milyon manatı dövlət büdcəsinə transfert edilib.
    2 комментария
    5 классов
    Dəmir yığıb satan adamın dərdləri...
    1 комментарий
    1 класс
    Tarif Şurası Azərbaycanda bir sıra dərman vasitələrinin qiymətlərini artırıb. Qərar Şuranın iyulun 22-də keçirilən iclasında qəbul edilib. İclasda bildirilib ki, 143 dərman vasitəsinin qiymətinin yuxarı həddi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş qaydalara və Tarif Şurasının 21 iyul 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq tənzimlənib. Qərara əsasən, dərman vasitələrinin ticarət adı, farmasevtik forması, təsiredici maddəsi, dozası, qablaşdırılması, miqdarı və istehsal ölkəsi nəzərə alınmaqla onların qiymətlərinin yuxarı həddi müəyyən edilib. Qiyməti tənzimlənən dərman vasitələrinin tam siyahısı Tarif Şurasının rəsmi internet saytında dərc olunub. İclasda qeyd edilib ki, qərar iyulun 23-dən qüvvəyə minəcək. Tarif Şurası 2005-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb. Şura hökumət üzvlərindən ibarətdir və dövlət tərəfindən tənzimlənən bir sıra məhsul və xidmətlərin yeni qiymətlərinin müəyyənləşdirilməsi ilə məşğul olur.
    2 комментария
    6 классов
    Prezident İlham Əliyev “Psixiatriya yardımı haqqında” qanuna edilmiş dəyişiklikləri təsdiqləyib. Qanuna əlavə olunan yeni maddəyə əsasən, psixi pozuntu vəziyyətində olan şəxslər polis və ya prokurorun qərarı ilə özlərinin və ya qanuni nümayəndələrinin razılığı olmadan psixiatriya müayinəsinə cəlb oluna biləcək. Sizcə, bu dəyişiklik vətəndaşların hüquqlarını qoruyurmu?
    1 комментарий
    7 классов
    Türkiyədə tibb üzrə təhsil alan 6 azərbaycanlı tələbənin rüşvət verərək imtahanlardan keçdiyi, bu aşkarlandıqda isə nəticələrin ləğv edildiyi haqqında məlumatlar var. Bu barədə ötən həftə bir çox Türkiyə sayt və qəzetləri yazıb. Lakin tələbələrin valideynləri və ya yaxınlarının Azərbaycanda yüksək vəzifə tutması səbəbilə iki hökumət arasında əlaqə yaranıb. Bir çox qəzet və sayt yazıları silib. Ancaq tələbə Canpolad Bağırzadənin (Deyilənə görə, valideyni “Modern” hospitalın sahiblərindəndir) sosial şəbəkə profilinə İsrail bayrağı qoyması bəzi anti İsrail saytlarını qəzəbləndirib. Onlar yazıları silməyiblər. Həmin məqalələrdə bildirilir ki, Süleyman Dəmirəl Universiteti (SDU) Tibb Fakültəsində 3-cü semestr sonu nəzəri imtahanın nəticələri sualların cavabının rüşvət müqabilində sızdırıldığı iddiaları üzündən ləğv edilib. Məlumata görə, İsparta prokurorluğu tərəfindən aparılan araşdırmadan sonra və əldə edilən məlumatlara əsasən, SDU Tibb Fakültəsi Direktorlar Şurası İsparta Vilayət Polis İdarəsindən rəsmi məktub aldıqdan sonra fövqəladə iclas keçirib. Şura imtahan təhlükəsizliyinin pozulduğu qənaətinə gələrək 3-cü semestr sonu nəzəri imtahanın ləğv edilməsi barədə yekdilliklə qərar verib. Daha sonra yeni imtahan keçirilib. İddialarla bağlı məhkəmə istintaqı davam edərkən hadisənin akademik və inzibati aspektləri ilə bağlı intizam prosesi başlayıb. İstintaq çərçivəsində altı tələbənin və bir müəllimin ifadələrinin alındığı məlum olub. Rüşvət müqabilində imtahan suallarını əldə etməkdə iştirak etdiyi iddia edilən tələbələrdən birinin həm İsrail, həm də Azərbaycan vətəndaşı olduğu deyilir. Həmin şəxs saxlanılıb, lakin sonradan sərbəst buraxılıb. Məhkəmə prosesi davam edir...
    1 комментарий
    2 класса
    Salyan rayonu, Arbatan kənd sakini Su-kanalizasiya idarəsinə müraciət edib...
    1 комментарий
    3 класса
    Azərbaycan prezidenti İlham Əliyev uzun illər ona qarşı müxalifətçilik edib, ən radikal ifadələrlə onu hədəf alan, sonradan mövqe dəyişib iqtidara təriflər yağdıran “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu uzunmüddətli səmərəli xidmətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. Arifoğlu bu mükafatı ictimaiyyətin Azərbaycan mediasına inamının azalmasında, müstəqil və müxalif medianın məhv edilməsində, hakimiyyətin siyasi müxalifətə qarşı repressiyalarına açıq və gizli verdiyi informasiya dəstəyinə görə alıb. Bəs siz nə düşünürsünüz?
    5 комментариев
    3 класса
    İlham Əliyev Almaniyada nağıl danışıb. deyib ki, Rusiya və Almaniya diplomatları Bakıda gizlin görüş keçiriblər. Amma Bakının hər küncünə bir neçə kamera yerləşdirən Əliyevin bundan xəbəri olmayıb...
    1 комментарий
    3 класса
    TikTok-da bir vətəndaş niyə Rusiyaya köçdüyünü izah etməyə çalışır. Əli Dadaşov Rusiyada doğulan uşağına dövlət dəstəyini xatırladır. Müxtəlif ölkələrə köçənlər, vətəndaşlıq alanlar vaxtaşırı Azərbaycanla həmin bölgələri müqayisə edirlər. Əli Dadaşov adlı istifadəçinin də videosu xeyli maraqla qarşılanıb.
    6 комментариев
    33 класса
    Tin xəbərləri...
    1 комментарий
    5 классов
  • Класс
  • Класс
  • Класс
Показать ещё