Свернуть поиск
Дополнительная колонка
Правая колонка
Bir qoca kişi ona yaxınlaşıb istehza ilə dedi: «Allaha şükürlər olsun ki, sizi öldürdü və bizim şəhərimizi sizin kimilərdən qorudu. Yezidi sizə üstün etdi»
►Biharül-ənvar»,c.45,səh.137;«Kamil», səh. 301; Ş. A. Qumi, «İmam Hüseynin (ə) həyatı», səh. 304►
İmam (ə) buyurdu: «Sən Qur`an oxumusan?»
Dedi: «Bəli.»
Buyurdu: «Bu ayəni oxumusanmı? قُلْ لا أَسْئَلُكُمْ عَلَيْهِ أَجْراً إِلاَّ الْمَوَدَّةَ فِي الْقُرْبى
►Şura surəsi ayə 23. (Ey Peyğəmbər (s) ) de ki; mən Peyğəmbərliyimin müqabilində sizdən heç bir əcr istəmirəm, sizdən fəqət istəyim budur ki, mənim Əhli-beytimə məhəbbət göstərəsiniz.»
Dedi: «Bəli.»
Buyurdu (ə): «Bizik, o Əhli-beyt (ə)»
Sonra əlavə etdi: «فَآتِ ذَا الْقُرْبى حَقَّه»
►Rum surəsi ayə,38.«Ey Peyğəmbər əqrabanın haqqını ödə» ayəsini oxumusanmı?
Dedi: «Bəli»
Buyurdu (ə): «Bu bizə aiddir»
Yenə əlavə etdi: «وَ اعْلَمُوا أَنَّما غَنِمْتُمْ مِنْ شَيْءٍ فَأَنَّ لِلَّهِ خُمُسَهُ وَ لِلرَّسُولِ وَ لِذِي الْقُرْبى»
►Ənfal surəsi ayə,41.«Ey mömünlər, qazandığınız hər şeyin beşdə bir hissəsi Allahın, Peyğəmbərin və əqrabalarınındır.» ayəsini oxumusan?
Dedi: «Bəli.»
Buyurdu (ə): «Bu bizə aiddir. Və söylə ki, bu ayəni oxumusanmı?
« إِنَّما يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَ يُطَهِّرَكُمْ تَطْهِيرا»
►Əhzab surəsi,33.«Ey Əhli-beyt Allah sizi hər bir eyb və nöqsandan pak etməyi iradə etmişdir.»
Dedi: «Bəli.»
İmam (ə) buyurdu: «Bu Əhli-beyt (ə) bizik»
Qoca kişi ağlayıb tövbə etdi və İmamdan üzr istəyərək Yezidi lənətlədi. Ş.A.Qumi,«İmam Hüseynin (ə) həyatı», səh. 331-332.

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1