Свернуть поиск
Дополнительная колонка
Правая колонка
Gözlərinin qarasıyla yaz məni.
Ürəyinin sevgi duyan səmtinə,
Saf məhəbbət hisləriylə yaz məni.
Öz bəxtində axtar mənim bəxtimi,
Öz ruhunla dinlə mənim sevgimi.
Öz eşqindən sən uca tut eşqimi,
Varlığının zərrəsinə yaz məni .
Qəmsiz həyat, aydın səma, birdə sən
Sən də məni mənim qədər bir sevsən.
İstəyirəm hər gün mənlə güləsən,
Gülüsh qonan dodağına yaz məni.
Xumarlanım, xoşbəxtlikdən məst olum,
Mən ömrünün hər anına həsr olum.
Ürəyinin döyüntüsü mən olum,
Məhəbbətin şah əsəri yaz məni .
Sən Elfizi dünyasindan al qopar,
Öz dünyana həmişəlik al apar.
Xəstə könlüm sənlə şəfalar tapar,
Taleyinin qismətinə yaz məni.
Yaz ömrumu oz ömrünə yaz məni.

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев