Свернуть поиск
Дополнительная колонка
Правая колонка
Nə bir dərd çəkərdik, nə də ki , fikir.
Arzuyla , xəyalla ,xoşbəxt yaşardıq.
Amma o günlərə etməzdik şükür.
***
Gördüm ki, bu həyat tamam başqaymış.
Arzu xəyal imiş ,gerçək deyilmiş.
Gör fələk nə sayır , atalar demiş.
Biz arzu əkərdik , fələk dərd əkir?
***
Nədəndir gecələr gəlir insana ?
Qəmli düşüncələr , kədərli fikir.
Nə qədər düşünüb qəm çəkmək olar?
Fikirlər insanın belini bükür.
***
Qalıb ortasında fikrin. , xəyalın.
Daha düşünməkdən qalmayır halın .
Fikir də zalımdır , xəyal da zalım.
Kədər qarşısında insan diz çökür.
***
Yaşaya bilmirsən istədiyin tək .
Bəs deyilmi artıq ? qəm çək , kədər çək .
Bəxt yatıb yığvalın çönəndə , fələk
İnan ki, insanı çarmıxa çəkir.
H. Q. 23. 11. 21.

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев