Свернуть поиск
Seyqo Seyqo
Последний визит: 00:23
Фид
5 июн 2025
Фид
30 мар 2025
#kamranmyunis #kamranyunis #şeirlər #poeziyateatrı
#şiirler #cavanşirquliyev #vətən #məmmədaraz
Məmməd Araz - Bu millətə nə verdik ki?
Bəstəkar - Cavanşir Quliyev - "Cavid ömrü" filmi
Bu millətə nə verdik ki?
Kimsə qapdı ziyasını,
Kimsə pozdu sırasını,
Duzla yuduq yarasını,
Xörəyinə duz vermədik.
Bu millətə nə verdik ki?
İnamını noxtaladıq,
İnadını axtaladıq,
Var-yoxunu qarmaladıq,
Bir çeynəm saqqız vermədik.
Bu millətə nə verdik ki?
Halal tikə qənddi, - dedik,
Yoxsuluna dərdli, - dedik,
Kasıbına mərddi, - dedik,
Mərd kasıba qız vermədik.
Bu millətə nə verdik ki?
Çiyninə mindik, - öyrəşdi,
Bir dillə min dil öyrətdik,
Neçə fəndi-fel öyrətdik,
Milyon aldıq, yüz vermədik.
Bu millətə nə verdik ki?
Biz səhv etdik, batdı qana
Millət ata, millət ana,
İllacı qalsın bir yana,
Dərdi də ucuz vermədik.
Bu millətə nə verdik ki?
Bu millətin səbri böyük,
Dözür: dözüm həddinəcən,
Dözür: dözüm səddinəcən,
Dözür: dözüm xəttinəcən...
Sonra... daha sonra olmur,
Sonra qara tufan olur,
Sonra "qullar dünyasının
İntiqamı yaman olur"...
YouTube
На этом пока всё
Войдите в ОК, чтобы посмотреть всю ленту
11
- Նոռմալ ՏղաЕреван
- Pasivka 😚😚😚Баку
- only fuckYerevan
4
- Живые страницы82345 подписчиков
- Selima101 подписчик
Правая колонка