Söz: Nüsrət Kəsəmənli
Hazırladı: Q Media & QN Production
YUXUMA GƏLƏN GÖZƏL
Yuxuma gələn gözəl,
Mələkmisən, ya nəsən?
Nə olar, bircə dəfə
Həyatda rast gələsən.
Bu gecə kədərliydin,
Gözün dolmuşdu sənin.
Oyandım, yastığımda
Telin qalmışdı sənin.
Həqiqətsən, bilmirəm,
Ya doğrudan yuxusan?
Bəlkə ölən sevgimin
Sən narahat ruhusan?
Yuxuma gələn gözəl,
Yuxum çin olacaqmı?
Çıxacaqsan qarşıma,
Elə gün olacaqmı?
Gecə səni aparır,
Səhər məni tək qoyur,
Gecə səni aparır,
Səhər məni tək qoyur,
Birimiz yuxu olur,
Birimiz gerçək olur…
Uçuruq göy üzündə,
Saçına ulduz yağır.
Bir də baxıb görürük,
Üfüqdə günəş doğur.
Əllərimiz üzülür,
Uçub gözdən itirsən.
Mən səhərdə qalıram,
Sən gecəylə gedirsən.
Dünya başqa dünyamı?
İnadım səni tapar.
Ya mənimlə qal, ya da
Məni özünlə apar.
Yuxuma gələn gözəl…
Gəl, bu yuxu bitməsin…
Əgər yuxu olacaqsan,
Heç olmasa, getmə sən…
-------
1. Videonu bəyəndinizsə LİKE düyməsinə tıklayın ki, video daha çox insana çatdırılsın.
2. Ən yeni videolardan xəbərdar olmaq üçün kanalımıza ABUNƏ olun və "zınqırov" işarəsinə tıklayaraq bildirişləri aktiv edin..
-------
DİQQƏT: © Müəllif hüquqları qorunur..!!!
QN Production
-------
~ Youtube:
https://www.youtube.com/c/QNProduction
#YuxumaGələnGözəl
#QəmliMeyxana
#Meyxana
#azerbaijan
#QəmliMahnı
#DuyğusalMahnı
#XırıltılıSəs
#TarVəPiano
#AzeriMusic
#AzeriMahnı
#YeniMahnı
#DepressivMahnı
#GecəMahnısı